Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısı olacaq.
Virtualaz.org Rusiya XİN-in yaydığı rəsmi məlumata istinadla xəbər verir ki, toplantı bu ilin payızında Həştərxanda keçiriləcək sayca dördüncü Xəzər sammitinə hazırlıq məqsədi daşıyır. Aprelin 22-də Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Cavad Zərif, Qazaxıstan xarici işlər naziri Erlan İdrisov və onun türkmənistanlı həmkarı Rəşid Meredov görüşəcəklər.
Nazirlər Xəzər sammitinin proqramını və gündəliyini müzakirə edəcəklər. Həminin sahilyanı ölkələrin ekspertlərinin 2010-cu ildə Bakıda keçirilən Xəzər sammitində qəbul edilmiş qərarların yerinə yetirilməsinə dair hazırladığı hesabat nəzərdən keçiriləcək, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmasına dair müasir reallıqlara cavab verən hüquqi normaların işlənib hazırlanması, ətraf mühitin mühafizəsi, bioloji resursların qorunması, təhlükəsizlik sahəsində əməkdaşlıq və ümumi təhdidlərə qarşı əməkdaşlıq məsələləri müzakirə ediləcək.