Bu dəqiqələrdə Bakı metropolitenində növbəti həyəcan yaşanıb. Sərnişinlərdən azadlıq.info-ya ötürülən məlumata görə, saat 11 radələrində qatar Xalqlar Dostluğu-Neftçilər stansiyaları arasında tuneldə dayanıb. Qatar tuneldə 10 dəqiqəyə yaxın hərəkətsiz qalıb. Sonra isə çox zəif sürətlə hərəkətə başlayıb. Sərnişinlər arasında panika yaşanıb. Qatarın hansısa nasazlıqdan hərəkətdən qaldığı gümna olunur.