Əsgər Möhsümoğlu (“Amerikanın səsi”)
“Bu günlər valideynliyin müxtəlif növləri var. Sərt valideynlərə ”pələng analar” deyilir.ÿDaim uşaqlarının hər addımına nəzarət edənlər “vertolyot valideynlər” adlanır.ÿ Diapazonun əks tərəfində “azad ruhlu valideynlər”dir ki, onlar uşaqlarına tam sərbəstlik verirlər”, – deyə Joe Donatelli yazır.
“Valideynlik üslubu üzərində tüğyan edən debatlarda məntiqi şərt bundan ibarətdir ki, tərbiyənin uşağın gələcəyində böyük rolu var.ÿYaxşı, bəs mümkündürmü ki, valdeynliyin uşaqlara bir elə təsiri olmasın?”, – deyə psixoloq sual edir.
Həqiqətən də, ola bilərmi ki, valideynin onu necə bəsləməsindən asılı olmayaraq, uşaq həyat yolunu öz bildiyi kimi getsin?
Donatellinin yazdığına görə, əkiz uşaqlar və bacı-qardaşlar üzərində aparılan geniş araşdırmalar aşkar edib ki, tərbiyə ata-ananın güman etdiyi qədər övladın inkişafında rol oynamır.ÿBu tədiqiqatlar göstərir ki, insanın xasiyyətinə, sağlamlığına və müvəffəq olmaq şanslarına gəldikdə, genlər valideyn tərbiyəsini üstələyir. Əlbəttə, bu, o demək deyil ki, valideynlərin heç bir təsiri yoxdur.
“Araşdırma göstərir ki, valideynlərin əsasən qısa dönəmdə uşaqları ağıllı seçimə yönəltməkdə qüdrətləri var”, – deyə Donatelli nigaran valideynləri arxayın edir.
Amma toplanan dəlillər göstərir ki, aşağıda sadalanan beş faktorda təbiət əsasən qalib çıxır:
Təhsil
2013-cü ildə Britaniya alimləri 11 min oxşarÿvə qeyri-oxşar 16 yaşlı əkizlərin akademik göstəricilərini təhlil ediblər. Onlar aşkar ediblər ki, şagirdlərin qiymətlərində ən böyük rolu müəllimlər, məktəblər, yaxud ailə mühiti deyil, genlər oynayıb.ÿÖvladlığa götürülmüş Koreya mənşəli amerikalı uşaqlar üzərində aparılan araşdırma göstərib ki, universitet təhsilli valideyn tərəfindən böyüdülmək onların ali təhsil almaq şanslarını 7 faiz artırır.ÿAmma genetik olaraq ali təhsilli valideynə malik olmaq, bu şansı 26 faiz edir – tərbiyə verənin kimliyindən asılı olmayaraq.
Xoşbəxtlik
Minnesota ştatında əkizlər üzərində aparılan araşdırma müəyyən edib ki, insan xoşbəxtliyinin tən yarısı genetik faktorlarla bağlıdır.ÿ40 faiz baş verən hadisələr, 10 faiz isə insanın özündən asılıdır.ÿIqtisadçı Bryan Caplan hesab edir ki, valideynlərə övladlarının xoşbəxtliyindəki rolları şişirdilmiş görünür.ÿOnun hesablamalarına görə, eyni DNK-nı paylaşan əkizlərin xoşbəxtlik səviyyəsi bərabər olduğu halda, bir evdə yaşayan, amma DNK-nı bölüşməyən uşaqların xoşbəxtlik səviyyələri fərqlənir.
“Yaş müəyyən həddi keçdikdən sonra valideynlərinin keçmiş səhvləri sənin indiki bədbəxtliyinə əsas ola bilməz”, – deyə Caplan yazır.
Xarakter
Heç kim beşiyə baxıb demir: “Balacan, ümid edirəm ki, bir gün böyüyüb mərdiməzar olacaqsan”.ÿAmma fakt budur ki, həyatın bütün sahələrində,ÿbarlardan tutmuş, iş yerlərinədək tez-tez pis adamlara rast gəlirik. Valideynləri onları mərdiməzar olmaq arzusu ilə böyütməyib.ÿOnlar özləri belə çıxıblar. Alimlər konkret insanın xarakterini müəyyən edən bioloji geni müəyyən etməyiblər.ÿAmma yüzdən çox araşdırmaÿ göstərir ki, kriminal davranışda miras qalmış genlərin rolu kifayət qədər yüksəkdir.
Çəki
Köklüyə gəlincə, təbiət tərbiyəyə çəngəl batırır və onu siropla qarışdırıb udur, üstündən də şirəli koka-kola içir.
Alimlər artıq siçanlarda köklük əmələ gətirən DNK genini aşkar ediblər.ÿDNK-sı manipulyasiya edilmiş siçana və normal siçana eyni miqdarda qida verildikdən sonra müəyyən olunub ki, köklük geni yeridilən siçanlar daha çox kökəlir.
Alimlər ümid edirlər ki, bu informasiya insanlara çəki problemləri ilə mübarizədə yardım göstərəcək.
Valideynlik
Genlər habelə, uşağa necə valideynlik olunacağını proqnozlaşdırır.ÿAlimlər etiraf edir ki, sosio-iqtisadi faktorlar və mühit tərbiyəyə müəyyən təsir göstərir.ÿAmma valideynlər başa düşməlidir ki, hər bir uşaq fərdi yanaşma tələb edir.ÿBir övlada işləyən tərbiyə mexanizmi başqası üçün yararsız ola bilər.
“Valideynlərin uşaqlarla bərabər rəftar, çoxlu vaxt və səy sərf etməsinə ehtiyac yoxdur. Sadəcə, uşağın atributlarında fərqliliklərdən agah olun və buna uyğun onları tərbiyələndirin”, – deyə Joe Donatelli tövsiyə edir.