Futbol üzrə Rusiya çempionatının ikinci liqa oyunlarından birində Ukraynaya dəstək şüarları səsləndirilib və Ukrayna bayrağı qaldırılıb. Hadisə aprelin 18-də “Dinamo Kirov” və “Volqa Ulyanovsk” komandalarının qarşılaşmasında baş verib. “Dinamo Kirov”un azarkeşləri oyunun bir məqamında Ukraynanın bötüvlüyünə dəstək məqsədilə şüarlar səsləndiriblər və Ukraynanın bayrağını qaldırıblar.