“Münasib imkan və təminat olan kimi Krım tatarları Krımın statusu ilə bağlı özlərinin milli referendumunu keçirəcəklər”. “Ukraynskaya pravda”nın yazdığına görə, bunu krım tatarlarının liderlərindən biri deputat Mustafa Cəmil deyib.
Onun sözlərinə görə, martın 29-da çağırılan krım tatar xalqının qurultayı bu məsələ ilə bağlı dəqiq qərar qəbul edə bilməyib.
“Beynəlxalq müşahidəçilərin iştirakı ilə şəffaf referendum keçirilməsinə şərait yaradılması üçün vaxt lazımdır. İndi heç kimi Krıma buraxmırlar, belə bir şəraitdə biz bu tələbləri yerinə yetirə bilmərik” deyə, o bildirib.