Masallı rayon rəhbərliyi yazıçı Zümrüd Yağmurla keçirilməsi nəzərdə tutulan görüşə izn verməyib. Bu barədə yazıçı özünün facebook səhifəsində məlumat yayıb. Görüş Z.Yağmurun ilk təhsil aldığı kənd məktəbində keçirilməliymiş. Görüşə yazıçının həmyerliləri onun oxucuları kimi təşəbbüs göstəriblər. Lakin rayon rəhbərliyi onların bu təşəbbüsünün qarşısını alıb.
“İlk dəfə məktəbə getdiyim Masallı rayon Həsənli kənd orta məktəbində mənimlə keçiriləcək görüşə rayon rəhbərliyi izn verməyib. Bu qədər qorxulu olduğumu bilmirdim…)))”, – deyə yazıçı xəbəri paylaşıb.