Dünyaca məşhur yazar – Qabriel Qarsiya Markesin həyatdan ayrıldığıgün mən yalnız bir hekayə ətrafında fikirləşməli oldum. O hekayə Azərbaycanla bağlıidi – NIDA-çıların hekayəsidir…
DağıArana calamaq deyil bu. Özünüz oxuyun bu hekayəni: Markes yoxdur, amma hekayələri yaşayır. NIDA-çılar da ən böyük cəzalara ürcah olurlar, həbsdədirlər, NIDA-dan uzaqlaşdırılıblar, amma NIDA-çılıq hekayəsi yaşayır. NIDA-çılıq artıq baş tutmuş hekayədir və gözünü pul-para örtmüş hakimiyyət görmür ki, bu hekayə yaşayır və təkcə bir təşkilatıdeyil, bütövlükdə bir nəsli, bir cəmiyyəti ruhlandırır. NIDA-çıların həbsi və onların ən ədalətsiz münasibətə, ən ağır cəzaya layiq bilinməsi də istər-istəməz bu hekayənin ən təsirli yeridir. NIDA artıq bir təşkilat deyil, əminəm ki, heç nəyi şişirtmədən deyirəm, bu, hər bir gəncin qəlbini və beynini dolduran hekayədir və onun liderlərinə qarşıedilən ədalətsizliklər, onların nə qədər həbsdə qalmasıbu hekayəni zəiflətmir…
Örnək və sayğıhekayəsi kimi, sevgi və çağırış kimi bu hekayə NIDA-nın özündən də çox iş görür və görəcək. Zatən avtoritar polis rejimində leqal təşkilatların iş görmə imkanlarıçox azdır və hekayələr olmadan çox çətindir. NIDA isə həm təşkilatdır, həm hekayə…
Bəli, biz indi hamımızda qəzəb doğuran bir xəbəri müzakirə edirik. Mən həm də özümlə müzakirə edirəm bu xəbəri. Dövlət ittihamçısıNIDA-çıgənclərə ən yüksək həbs cəzasıtələb edib – bəzilərinə 8,5 il. Biz bu hakimiyyətin ədalətsizliyinin tutarınıbilirdik, amma görürük ki, bunların özbaşınalığıarta-arta gedir və əsl azğınlığa çevrilir. Günahsız gəncləri, həm də savadlıvə mənəviyyatlıgəncləri şərləyib, onlara terrorçuya bəslənilən münasibəti göstərmək milli xəyanətdir və öz xalqına qarşıterror siyasəti aparmaqdır. Indi bunun cavabınıyalnız tarix verə bilər. Bu rejimin tar-mar olmasıilə, bu ədalətsizliyi edənlərin layiqli cəza almasıilə!
Amma güclü örnək və hekayələr olmadan bu rejimin tar-mar olmasıda çətindir. Yuxarıda da dediyim kimi, NIDA gerçək bir missiyanıartıq həyata keçirib – bu təşkilat gəncliyin inamınıözünə qaytarmaqda misilsiz rol oynayır. NIDA göstərdi ki, hətta heç bir qüvvədən dəstək almadan da gənclər təşkilatlana və öz haqlarıuğrunda mübarizə apara bilərlər. Gəncliyin özünütəsdiqi baxımdan yanaşsaq, indi gənclər mübarizə aparmağıözünə fəxr sayır. NIDA ölkədə ən ciddi ictimai təşkilatlardan biridirsə, NIDA-çılıq geridönməz, qarşısıalınmaz bir tendensiyadır. Yəni bu, elə azadlıq və ədalət istəyinin böyüməsidir.ÿHekayə də bundan ibarətdir.
***
Hekayə ustasıQabriel Qarsiya Markesə qayıtsaq, o, yaşayan klassik idi və onu bəyənməyənlərdə də ciddi izlər buraxmışdı. Sözün böyük ustası, nəsrin bənzərsiz dahisi idi. Dünya ədəbiyyatına ciddi təsiri olmuşdu. Bu yazıçının üslubu və məharəti doğrudan magikdir, eyni zamanda real bir humanizmə xidmət edir. Ona görə də ən yüksək qiymətə layiqdir…
Markes yaradıcılıqdan biryolluq ayrılanda isə daha bir maraqlıhekayəni oxuduq. Markesin yazmadığı, lakin onun özünün də içində olan bir hekayəni. Oxuduq ki, yaxşıhekayələr onu yaradanlardan çox yaşayır.
Yaxşıhekayələr bəzən onu yaradanlardan çox iş görə bilir!