AXCP-nin qərargah kimi icarəyə götürdüyü, martın 3-də partladılaraq, ertəsi gün sökülən mülkün sahibi Azər Əsgərova hökumət darmadağın edilmiş 320 kvadratmetrlik əmlakının müqabilində cəmi 480 min manat pul təklif edir. Bugünlərdə “Azadlıq”a açıqlama verən Azər Əsgərov bildirmişdi ki, Nərimanov rayonunun icra başçısının müavini Şahmar Ibadovla görüşdə mülkünün hər kavadrat metri üçün 3000 manat kompensasiya istəyib, o da razılaşıb. Amma bir şərtlə ki, qarşıtərəf bir mətn hazırlayacaq, Azər Əsgərov orada yazılanlarımediaya söyləməlidir. Əsgərov bildirib ki, bu, mətndə nə yazılacağından asılıməsələdir.
“Yuxarılar”la məsləhətləşmələrdən sonra məlum olub ki, hökumət ona kvadrat metr üçün 3000 manatdan kompensasiya vermək niyyətində deyil: “Sonuncu görüşdə Şahmar Ibadov mənə bildirdi ki, Kəmaləddin Heydərov deyib, Azər Əsgərova bir qəpik də verilməsin, ancaq Nazirlər Kabinetindən 1500 manat təklif olunub”.
Görəsən, adamların əmlakınıdağıdaraq, əllərindən alaraq, onlarıiradələri əleyhinə addımlar atmağa məcbur etmək təcrübəsinə Azərbaycanda nə vaxt son qoyulacaq? Belə qanunsuzluqlara “Dur!” deyən olmayacaqmı?
Mehriban Vəzir: «Azər Əsgərova münasibətdə baş verənlər siyasi mədəniyyətin olmamasından irəli gəlir»
Yazıçı-publisist Mehriban Vəzir konkret Azər Əsgərovun başına gətirilənləri zorakılıq, repressiv idarəetmə, insan və mülkiyyət hüquqlarına hörmətsizlik, eyni zamanda, siyasi mədəniyyətin olmamasıkimi qiymətləndirir: “Hər bir müxalifət, yaxud, ictimai, siyasi təşkilat öz ofisini qurub çalışa bilər. Bu gün elə bir vəziyyət yaradılıb ki, bütün siyasi, hətta ictimai institutlara da mane olurlar. Ictimai təşkilatların tədbirləri təxirə salınır. Heç bir siyasi mahiyyət daşımayan, ictimai araşdırma olan, qeyri-siyasi statuslu bütün tədbirlər təxirə salınır. Bunun adıbütün hədləri aşmaq deməkdir”.
Aslan Ismayılov: «Bu hakimiyyətdən hər şey gözləmək olar…»
Tanınmış vəkil Aslan Ismayılov Azərbaycanda hazırkıhakimiyyətdən istənilən özbaşınalığı, qanunsuzluğu gözlədiyini deyir: “Bu hakimiyyətdən hər şey gözləmək olar. Insanların mülkünü uçururlar, qanunsuzluq edib cinayət törədirlər, sonra da deyirlər ki, düz elədiyimizi təsdiqlə. Bu, hərc-mərcliyin nişanəsidir, bundan o yana yol yoxdur”.
Nigar