Krımda yaşayan və Rusiya vətəndaşlığından imtina edən tatarlar işdən qovulur. Bu barədə Krım türklərinin lideri Mustafa Cəmilov bəyan edib.
“Krımda vəziyyət ağırdır. Hər addımda sənədləri yoxlayırlar. İnsanlar nə edəcəklərini bilmirlər. Rusiya vətəndaşı olmaq istəməyən tatarları buna məcbur edirlər. Çünki, Rusiya pasportu almasalar, işə düzələ bilmirlər”, – Krımoğlu deyib.