Slavyanskda separatçılar şəhər meri Nelya Ştepanı girov götürdüklərini bəyan ediblər. Separatçıların lideri Vyaçeslav Ponomaryov meri heç kimə təhvil verməyəcəklərini deyib. O bildirib ki, Ştepaya qarşı separatçılıq faktı ilə cinayət işi açılıb və ona görə də meri öz yanlarında saxlayacaqlar.
Aprelin 15-də Nelya Ştepa bəyan etdi ki, onun şəhəri zəbt edən separatçıları güya dəstəkləməsi girovları azad etmək üçün taktiki gediş idi.
azadlıq.info