Milli Məclisin 18 aprel iclası maraqlı açıqlamalarla keçib. Xüsusən də Ümid sədri İqbal Ağazadənin siyasi məhbuslarla bağlı çıxışına YAP-çı Siyavuş Novruzovun reaksiyası deputatlarla bərabər jurnalistlərdə də gülüş doğurub.
İqbal Ağazadə ölkənin müxtəlif regionlarında siyasi məhkəmələrin getdiyini xatırladaraq bildirib ki, istər İlqar Məmmədov, Tofiq Yaqublu, istər Qurban Məmmədov, istər Yadigar Sadıqovun məhkəmə işini araşdıranda onların siyasi sifarişlə həbs olunmasına şübhə qalmır: “NİDA-çıların hökmünə baxanda dəhşətə gəldim: 8 il, 7 il, 6 il. Bu məhkmə prosesini izləyənlər gördülər ki, bu məhkləmə söz oyunundan, şahidlər isə sifarişli şahidlər olmaqdan başqa bir şey deyil. Nə vaxta qədər bu kimi proseslər davam edəcək? Nəhayət, Milli Məclis bununla bağlı optimal qərar qəbul etməlidir. 28 may Cümhuriyyət günü ərəfəsində Milli Məclis amnistiya haqqımndfa qanun hazırlamalı, bu insanlar həbsdən azad olunmalıdır. Adam təəssüf edir ki, 21-ci əsrdə bu cür məhkəmə prosesləri qurulur. NİDA-çı gənclərə bu qədər ağır həbs istəmək prokurorluq orqanları üçün də utancdlır”. Ümid sədrinə ilk reaksiya vitse-spiker Ziyafət Əsgərovdan gəlib. O, “Azərbaycanda siyasi məhbus yoxdur” deyərək məsələyə hakimiyyətin mövqeyini ifadə edib.
Siyavuş Novruzov isə əks arqumentlərlə çıxış edib: “Bu sualı o uşaqları öyrədib əlinıə Molotov kotleti…, Molotov kokteyli, daş, dəmir verib polisin üstünə göndərən adamlara vermək lazımdır”.