Azərbaycan Ordusunun daha bir əsgəri intihar edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində əsgər Firdovsi Fikrət oğlu Nəsibov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən agentliyə faktı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
F.Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.