Bu gün saat 11 radələrində Bakının Nizami rayonu ərazisində iki sərnişin avtobusu ağır qəza törədib. “Neftçilər” metrostansiyasının yaxınlığında “DAEWOO” markalı, 90 HS 698 dövlət nömrə nişanlı 50 saylı sərnişin avtobusu ilə “İsuzu” markalı, 90 MD dövlət nömrə nişanlı, 35 saylı sərnişin avtobusları toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan 2 nəfərə yerində ilkin yardım göstərilib. Digər 3 yaralı, 1968-ci il təvəllüdlü Gülqız Əbülfəzova, 1949-cu il təvəllüdlü Solmaz Məmmədova və 1958-ci il təvəllüdlü Cəfərr Balabəyov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
İlkin ehtimala görə, sürücülər ötmə əməliyyatını düzgün yerinə yetirməyiblər. Hadisənin dəqiq səbəbləri araşdırılır.