«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Yeni işə başlamaq üçün əlverişli gün deyil. Intuisiyanıza güvənin. Gələcək planlarınızı müəyyənləşdirin. Ideyalarınızı gerçəkləşdirməyə tələsməyin, onları reallaşdırmaq üçün əlverişli zaman gələcək.
BUĞA
Yaxın ətrafınızda olan insanların sizə ehtiyacı var. Münasibətlərdəki dəyişikliklər münaqişə yaradacaq. Sərfəli və əlverişli saydığınız işlə məşğul olun. Yeniliklər arxasınca qaçmağa ehtiyac yoxdur.
XƏRÇƏNG
Bir işdən başqasına keçməyiniz, əvvəllər nail olmadığınız nəticəni əldə etməyiniz mümkündür. Bu gün adi gündəlik işlərlə məşğul olun. Gələcəklə bağlı planlar qurmaq vaxtıdır.
ŞIR
Işlərinizi sahmana salın. Ailədə problemlərin yaranmasına imkan verməyin. Maliyyə məsələlərini həll edin. Ideyalarınızın yolunda əzmlə çalışın.
QIZ
Sakit gündür. Eyni vaxtda çox işə başlamayın, çünki bu günün prioritetləri fərqlidir. Köhnə tanışlardan biri sizinlə əlaqə saxlayacaq. Əlaqələrinizi aydınlaşdırmaq üçün vaxtdan səmərəli istifadə edin.
TƏRƏZI
Işgüzar tərəfdaşlıq üçün əlverişli gündür. Bəzi planlarınızdan və ya işinizdən yaxın ətrafınızdakı insanın xeyrinə imtina etməli olacaqsınız. Bu günə gəzinti, dostlarla görüş gözlənilir. Səhhətinizə fikir verməyi unutmayın.
ƏQRƏB
Yeni ideyaların reallaşdırılmasını təxirə salın. Gün yarımçıq qalmış işlərin həllini tələb edəcək. Səhhətinizlə bağlı profilaktiki tədbirlər görün.
OXATAN
Səbr kasanız dolanda anlayacaqsınız ki, nəyisə dəyişmək gərəkdir. Yalnız özünüzə bel bağlayın. Işləri tələsmədən görün, imzalayacağınız sənədləri diqqətlə oxuyun. Nəqliyyatda olarkən texniki problemlər ola bilər.
OĞLAQ
Çətinliklər yaradan sədlər üzə çıxacaq. Sizin üçün daha vacib məsələlər və işlərə diqqət yetirin. Xəbərləri diqqətlə izləyin. Maraqlı məlumat ala bilərsiniz.
DOLÇA
Borcunuzu qaytarsalar və ya çoxdan gözlədiyiniz məbləği versələr, pulu mənasız işlərə xərcləməyin. Dəvət olunduğunuz tədbirə və ya əyləncəyə qatılın, amma bədxərclik etməyin.
BALIQLAR
Şəxsi münasibətlərdə təşəbbüskar olun, tərəfdaşa təzyiq göstərməyin. Həmkarınız və ya tərəfdaşınız sizin ideyalarınızı öz fikri kimi qəbul edəcək. Şəraitdən maksimum dərəcədə faydalanmağa çalışın.