Rusiya ABŞ və Avropa Birliyinin sanksiyalarına əhəmiyyət verməsə də, İran Kremli belə cəsarətli olmamağı səsləyir. The Wall Street Journal-ın yazdığına görə, İran iş adamları Putini sanksiyalar qarşısında geri çəkilməyə çağırır. «Çoxları inanırdı ki, İran və Rusiya kimi neft ölkələri Qərbin maliyyə cəzalarından qurtulacaq. Tehranda ABŞ-ın sanksiyalarının Avropa tərəfindən dəstəklənəcəyinə inanmırdılar. Çünki bu halda Avropa eneji böhranı yaşaya bilərdi. Lakin İranın əminliyi özünü doğrultmadı və üç illik sanksiyalar İran iqtisadiyyatını çökdürdü», – deyə məqalədə qeyd olunur.
azadlıq.info