Cənubi Koreya bərəsinin batmasının ikinci günü 290-a yaxın adamın axtarışı davam edir.
Rəsmilər 179 nəfərin xilas edildiyini, 6 nəfərin isə öldüyünü təsdiqləyib. 460 sərnişin daşıyan bərə aprelin 16-da səhər saatlarında ölkənin cənub-qərb sahilində batıb.
Sərnişinlərin 300-dən çoxunun Jeju adasına səyahətə gedən tələbə və müəllimlər olduğu deyilir.
Rəsmilər hələ ki, bərənin batma səbəbini aydınlaşdıra bilməyib.
Xilas olunanlardan bəziləri gəmi batmazdan öncə ucadan siqnal verildiyini deyib.