Yeraltı təkanlar ötən gün Tehranda yerli vaxtla 23:31-də baş verib
İranın Buşəhr əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.
ANS PRESS-in Tehran Universitetinin Geofizika İnstitutuna istinadən verdiyi məlumata görə, yeraltı təkanlar ötən gün Tehranda yerli vaxtla 23:31-də baş verib. Yeraltı təkanların dərinliyi 20 km-dir. Zəlzələ ətraf rayonlarda da hiss olunub.
Bu şiddətli zəlzələdən sonra da gün boyu zəif təkanlar qeydə alınıb. Qoçxan, Xuzistan, Xorasan Rəzəvi bölgələrində baş verən zəlzələrin şiddəti 1,9-3,4 civarına olub.
Yeraltı təkanların vurduğu ziyan və tələfatlar barədə hələlik heç bir məlumat verilmir.