Rusiyanın REGNUM agentliyi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin aprelin 20-də Donetskə qayıdacağına dair xəbər yayıb. Agentlik Polşanın Ukraynadakı səfirliyindəki mənbəyə istinad edir.
Agentliyin həmsöhbəti Yanukoviçin Donetskə «qaytarılacağını» qeyd edib. Mənbənin sözlərinə görə, Donetskin gələcək ictimai-siyasi quruluşu ilə bağlı iki variant nəzərdə keçirilir: bu müstəqi Donetsk respublikası yaxud Krım nümunəsi kimi Rusiya Federasiyası tərkibində federativ dairə də ola bilər.
azadlıq.info