Bu gün Türkiyənin hakim partiyası AKP-nin toplantısı keçirilib. Bələdiyyə seçkilərinin nəticələrini analiz edən millət vəkilləri prezidentliyə namizədləri də müzakirə ediblər.
Toplantıda millət vəkillərinə anket sorğusu paylanılıb. Sorğunun nəticələrinə görə, AKP təmsilçiləri prezidentliyə namizəd kimi baş nazir Rəcəb Tayyip Ərdoğanı görürlər.
Bu, həm də onu göstərir ki, bundan sonra Ərdoğan prezident seçkilərində partiyasının tam dəstəyinə ümid edə bilər.
Türkiyədə prezident seçkilərinin birinci mərhələsi 10 avqustda keçiriləcək (azvizion.az).