Aprelin 16-da Türkiyənin Konya şəhərində Krım tatarlarının lideri Mustafa Cəmilovun adına salınan “Əbdülcəmil Kırımoğlu parkı”nın açılışı olub. Şəhər merinin dəstəyi ilə salınan park Konya-İstanbul yolunun üstündədir. Açılış mərasimində Krım tatarlarının lideri, Ukraynanın xalq deputatı Mustafa Cəmilov, həyat yoldaşı Safinar Cəmilova, Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov, onun müavini Aslan Ömər Krımlı, Məclis üzvü Rza Şevkiev, Krım Tatarları Cəmiyyətinin Türkiyədəki baş ofisinin üzvləri iştirak ediblər. Parkın əhatə etdiyi böyük ərazidə istirahət yeri və uşaqlar üçün oyun meydançaları da olacaq (modern.az).