Aprelin 17-də Rusiya prezidenti Vladimir Putin federal telekanalların canlı efirində “qaynar xətt” keçirərək rusiyalıların suallarına cavab verəcək.
ANS PRESS-in məlumatına görə, Rusiya prezidentinin mətbuat xidməti Dmitri Peskov bildirib ki, bununla belə, dövlət başçısının populyarlığından bir sıra möhtəkirlərin pul qazanması hadisəyə kölgə salır.
“Hansısa xuliqanlar bir neçə internet-sayt açıblar və sualın birinə görə 50 rubl (1,41 dollar) əldə etməyə çalışırlar”, – deyə Kreml təmsilçisi bildirib.
Peskov vurğulayıb ki, bu fakt “qaynar xətt”in populyarlığının arzuolunmaz təsdiqidir.