Ukrayna sərhədçiləri dəmir yolu nəzarət məntəqəsində ölkənin şərqində Rusiyameylli qüvvələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulan pulları keçirmək istəyən kuryerləri saxlayıb. Saxlanılan şəxslərdə 1,8 mln qrivna pul aşkarlanıb. Sərhəd xidmətinin məlumatına görə, kuryerlər 25-30 yaşlarında olan üç qız və bir oğlan olub. Onlar «Simferopol-Dnepropetrovs» qatarı ilə hərəkət edirmir. Pasport yoxlaması zamanı özünü şübhəli aparan şəxslər suallara dolaşıq cavab verib. Yoxlama zamanı onlardan separatçıların çatdırılması nəzərdə tutulan pullar aşkarlanıb.
azadlıq.info