“Azadlıq” qəzetinin elektron poçtuna bir neçə şəkil və onları müşaiyət edən kiçicik xəbər göndərilib. Xəbərdə iddia olunur ki, fotolar Nazçıvan Hərbi Hospitalının həyətində martın 21-də çəkilib.
Fotolarda hospitalın qapısı ağzında əllərində süpürgə və vedrə tutnuş xəstə xalatında üç əsgər görünür. Mənbə qetd edir ki, bu əsgərlər hospitalın həyətini süpürməkdən qayıdırlar.
Azərbaycan ordusunda əsgərləri, SSRİ-dən qalma ənənə kimi, onlara aid olmayan işlərə təhkim etmək adi haldır. Eyni münasibətin xəstə əsgərlər də bəslənilməsi isə nə istisnadır, nə də Azərbaycan reallığında heyrət doğura bilər.
Aldığımız foto-xəbəri sadəcə, Müdafiə Nazirliyinin (o cümlədən Naxçıvan MR Müdafiə Nazirliyinin) və ölkə rəhbərliyinin bunu görüb, araşdıracağı, günahkarlar varsa, onları cəzalandıracağı ümidi ilə dərc edirik.
azadliq.info