Türkiyədə “Twitter” sosial şəbəkəsi bağlanıb. Yerli media xəbər verir ki, axtarış sistemində sorğu verildikdə “Twitter”in bağlanmasına dair məhkəmə qərarları və “TİB (Telekomünikasyon İletişim Başkanlığı) tarafından koruma tedbiri uygulanmaktadır” xəbərdarlığı görünür.
Maraqlıdır ki, bu sosial şəbəkə saytı qapadılmadan öncə Nazirlər Kabinetinin mətbuat müşavirliyi “bu gecə Twitter qapadıla bilər” deyə məlumat yayıb.
Türkiyədə belə hesab edirlər ki, bu, baş nazir Ərdoğanın Bursa mitinqində səsləndirdiyi “Twitter-mivıttterin kökünü qazıyacağıq” bəyanatının əks-sədasıdır.