Avropa Birliyi (AB) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Türkiyə və Serbiya kimi namizəd ölkələrin də qoşulmasını tələb edib.
ANS PRESS-in məlumatına görə, AB rusiyalı 21 dövlət rəsmisinin bank hesablarını dondurmaqla yanaşı, bu şəxslərin birliyə üzv ölkələrə səyahət etməsinə də sanksiya tətbiq edib. Avropa Birliyi 21 dövlət rəsmisinin adının qeyd olunduğu sənədi birliyə üzv və namizəd olan ölkələrə göndərib.
Sənəddə bildirilir ki, adıçəkilən 21 şəxsin bank hesabları dondurulsun, onların ölkəyə girişi qadağan olunsun, dondurulan bank hesabları Ukraynanın dövlət büdcəsinə köçürülsün.