Türkiyə Qara dəniz boğazlarını Rusiya gəmiləri üçün bağlaya bilər
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonda Krım böhranı barədə danışıb və öz xəbərdarlığını çtdırıb.
Bu barədə Ukrayna KİV Türkiyənin diplomatik dairələrinə istinadla xəbər yayıb.
Məlumata görə, mənbə deyib ki, Krım tatarlarının fəxri lideri, keçmiş Məclis sədri və Ukrayna parlamentinin deputatı Mustafa Cəmillə Ərdoğanın son görüşündə yarımadadakı tatarların təhlükəli vəziyyətlə üzləşməsi müzakirə olunub.
Görüş zamanı Mustafa Cəmil martın əvvəllərində tatar qadınlardan birinin naməlum şəxslər tərəfindən öldürülməsi faktını diqqətə çatdırıb.
Mustafa Cəmillə görüşdən sonra, martın 16-ı axşam Ərdoğan Putinə zəng edərək, ölkəsinin mövqeyini çatdırıb.
Məlumata görə, Ərdoğan xəbərdarlıq edib ki, əgər Rusiya Ukraynaya hərbi müdaxilə etsə, eləcə də Krımda özünü hökumət elan edən və ya özünümüdafiə adlanan qüvvələr yarımadanın tatar əhalisinə qarşı zorakılığa yol versə, Türkiyə Qara dənizdə boğazları Rusiya gəmiləri üçün bağlamaq məcburiyyətində qalacaq.
azadliq.info