AXCP Ali Məclisində partiya rəhbərliyinə seçkilərdə gənclər irəli çəkildi; Cəbhəçilər qarşılarına böyük vəzifələr qoydular VİDEO
Əli Kərimli: “Partiyanı bu il iki dəfə gücləndirməklə ikinci Xalq Cəbhəsi yaratmalıyıq”
AXCP Ali Məclisi ötən gün növbəti sessiyasını keçirdi. Sessiyanın gündəliyinə ictimai-siyasi məsələlər, təşkilati və cari məsələlər salındı. Birinci məsələ ilə bağlı partiya sədri Əli Kərimlinin məruzəsi dilənildi. Məruzəsində Əli Kərimli regionda və ölkədə gedən prosesləri dəyərləndirdi, partiyanın bu il qarşıda dayanan vəzifələrini sadaladı. AXCP sədrinin çıxışında bu dəfə özünütənqid ruhu da aşkar sezildi. Əli Kərimli əvvəlcə Milli Şura ilə bağlı fikirlərini çatdırdı.
Milli Şuranı qoruyanlar üçün təşəkkürlər!
“Biz axırıncı sessiyada Milli Şuranın taleyini müzakirə edirdik. Bilirdik ki, Müsavat partiyası Milli Şuradan getmək istəyir. Biz də istəyimizi bildirdik ki, Müsavat Milli Şuranı tərk etməsin, müxalifətin böyük birliyində qalsın.
Amma Müsavat Milli Şuranı tərk etdi və bundan sonra çox cəhdlər oldu ki, Milli Şuranın dağıldığı təəssüratı yaransın. Hökumətin bütün mediası bu işlə məşğul oldu. Lakin biz və Milli Şuradakı sabitqədəm müttəfiqlərimiz bu təəssüratın yaranmasına imkan vermədik.
Milli Şuranın sədri Cəmil Həsənlinin, ziyalıların, gənclərin, ictimaiyyət nümayəndələrinin sədaqətli mövqeyi olmasaydı, bu qurumu qoruyub saxlaya bilməzdik. Onlara təşəkkür edirik ki, birlikdə Milli Şuranı böhrandan və dağılmaqdan qoruya bilmişik”,- deyə AXCP sədri bildirdi.
İşləmək üçün min bir səbəb var, işləməmək üçün bir səbəb – tənbəllik
Daha sonra regionda və ölkədə baş verən prosesləri analiz edən Əli Kərimli bəyan etdi ki, indi daha da güclənmək, böyümək üçün əlverişli, obyektiv zəmin var. Bu sırada o, ilk növbədə beynəlxalq aləmin Azərbaycanın demokratikləşməsi məsələsinə müsbət mənada dəyişən münasibətini göstərdi. Vurğuladı ki, beynəlxalq aləmdən Ilham Əliyev hakimiyyətinə qarşı indiyədək görünməyən təzyiq var.
AXCP sədri bu xüsusda Azərbaycanın hakim ailəsi, ona yaxın olan çevrələr və ayrı-ayrı oliqarxları ilə bağlı intensivləşən korrupsiya ifşalarını, Avropanın rəsmi strukturlarında Ilham Əliyev rejiminin avtoritar addımlarına qarşı sanksiya qərarlarını da əhatə edən tənqidi müzakirələri misal çəkdi.
Əli Kərimli bu günlərdə Milli Məclis sədrinin Azərbaycana təzyiqlərin artacağı barədə xəbərdarlığını xatırladaraq, bunun Əliyev hakimiyyətindən demokratiya və insan haqları tələblərinin artacağı demək olduğunu bildirdi.
Internetin, sosial şəbəkələrin gücü barədə ayrıca söz açan AXCP sədri bəyan etdi ki, bu unikal imkan artıq uzun illər müxalifətin salındığı blokadanı dağıtmaq gücündədir. O bildirdi ki, uzun illər müxalifət öz sözünü demək üçün tribunada məhrum edilib, bu isə ona öz ideyalarını yaymağa ciddi əngəl olub. Hazırda isə internet bu problemi aradan qaldırmaq gücündədir, bir şərtlə ki, bu imkadan bəhrələnmək üçün istək və ardıcıl iş olsun.
İkinci Xalq Cəbəhsi yaratmalı
Əli Kərimli AXCP-nin 2014-cü il fəaliyyət planı ilə də bağlı danışdı. Onun əsas fikiri belə oldu ki, bu il partiyanın əsas fəaliyyəti hakimiyyətin basqılarından, repressiyalarında müdafiə, qorunmaq yox, hücum niyyətli olmalıdır. Belə bir iddianı reallaşdırmaq üçün isə görüləsi konkret işlər var. Əli Kərimli cəbhəçilərin qarşısında duran və həlli vacib çoxlu işlər olduğunu vurğuladı, həm də bildirdi ki, o hədəflərin aşılması üçün bir şeyə nail olmaq lazımdır: Ikinci Xalq Cəbhəsi Partiyası yaratmaq!
Ikinci Xalq Cəbhəsinin açmasını isə o belə verdi: “Düşünün ki, indi bizim vəziyyətimizdə, gücümüzdə olan ikinci bir qurum olsa, işlər necə rahat olar, hakimiyyət nə qədər narahat olar? O təşkilatı isə, təəssüf ki, bizdən başqa yaradan olmayacaq. Deməli, biz partiyanı bu il iki dəfə gücləndirməklə ikinci Xalq Cəbhəsi yaratmış oluruq. Belə bir hal ölkədəki bir çox ciddi problemlərin köküdən həlli üçün təsirli addım olar”.
Bəs necə böyüməli, Əli Kərimli bu sualı da cavabladı
O, əvvəldəki fikirləri qüvvətləndirərək bəyan etdi ki, xalqı qınamaq ən axırıncı işdir və bu daha çox iş görə bilməyənlərin əlacsızlığıdır. O dedi ki, xalq geniş mənada dəyişikliyə hazırdı və müxalifətin də doğru yolda olduğuna inanır. Sadəcə xalq kütləvi surətdə ona görə prosesə qoşulmur ki, etirazçı avanqardda dəyişiklik üçün güc, mesaj görə bilmir. Ilk növbədə bu məsələ həll olumalıdır: “Xalqın bizə axın etməyindən ötrü biz öz gücümüzlə böyük gücü yaratmalıyıq. O gücü biz ortaya qoyanda ki, biz sadəcə alternativ mövqeləri işıqlandırmırıq, həm də o mövqeləri həyata keçirmək üçün gecə-gündüz çalışırıq, təşkilatlanırıq, sıralarımızı genişləndiririk, insanlar kütləvi şəkildə sıralarımıza qoşulacaqlar, bizə arxa olacaqlar. Bundan ötrü partiyanın bütün strukturlarında ikinci nəfəs açılmalıdır. Xalq Hərəkatının veteranları, orta nəsil təmsilçiləri ilə əlaqələr gücləndirilməlidir, münasibətləri bərpa etmək lazımdı. Amma bu, əsas resurs deyil, bizim əsas resursumuz növbəti mərhələ üçün gənclərlə olmalıdır. Daha çox isə gənclərin partiyaya, onun rəhbər strukturlarına cəlb olunmasına diqqət yetirilməlidir. Yerlərdə Gənclər Komitələrinin formalaşmasına böyük önəm verilməlidir. Gənclər bizdən o mesajı almalıdırlar ki, AXCP elə gəncliyin partiyasıdır. Gənclərə daşıya biləcəkləri qədər imkan və vəzifə verilməlidir”, – deyə Əli Kərimli bildirdi.
Əliyevin korrupsiyasına görə cəbhəçilərin məsuliyyəti
AXCP sədri çıxışında hər bir cəbhəçiyə məsuliyyət xatırlatması etdi. O bildirdi ki, bu gün şəksiz ki, ölkədə tüğyan edən korrupsiyaya, özbaşınalığa, ədalətsizliyə görə birici növbədə Əliyev hakimiyyəti cavabdeh və güahkardır, amma cəbhəçilər də belə vəziyyətin davam etməsinə görə mənəvi məsuliyyət daşıyırlar. “Nə qədər bizi ətalət basacaq, bu korrupsiya və cinayət maşınını dayandırmamışıq, bu məsuliyyətdən uzaq dura bilmərik. Bizlər – yüzlərlə, minlərlə cəbhəçi – gecə-gündüz qayasaq, işləsək, ətrafımıza enerji saçsaq, üzərimizdə işləsək, pozitiv nümunələri çoxaltsaq, inanın ki, vəziyyəti kökündən dəyişə bilərik. Biz mübarizə bayrağını qaldırıb xalqa bəyan etmişik ki, dəyişiklik edəcəyik, amma indi vəzifəmizin öhdəsindən gəlmirik. Ona görə mən sizə səslənirəm ki, biləsiniz, fəaliyyət proqramımızda göstərilənlərin və ölkədəki vəziyyətin dəyişməsi xalq cəbhəsinin eşalonuda dayanan yüzlərin, minlərin fəallaşmasında asılıdır”.
İstiqlala dəxli olmayanların “İstiqlal” hədiyyəsi
Əli Kərimli sonda hakimiyyətin anti-insanı, qəddar siyasətinə diqqət ayırdı: “Azərbaycanı idarə edənlərin kafalarına baxın, ölkənin istiqlaliyyətinə aidiyyəti olmayanlar ”Istiqlal” ordenini öz qohum-əqrabalarına ad günü hədiyyəsinə çeviriblər. Təqaüdləri 1-2 manat artıran, amma özünə 245 milyona təyyarə alan, dövlətin 1.5 milyard manatı hesabına tikilən “Şahdağ” kompleksini şəxsi təssərrüfatı kimi qamarlayan bir başçının idarə etdiyi ölkənin vətəndaşlarıyıq. Və bu vəziyyətdə ölkədə demək olar ki, hər gün bir vətəndaş dövlət idarələrinin binası qarşısında özünü yandırır. Biz də heç nə edə bilmirik, bu prosesi dayandıra bilmirik. Onlara müraciətlə dediyimiz “özünüzü yadırmayın” çıxış yolu deyil. Intihar edənlərin çoxusu həm də təhnalığa, yalnızlığa qıymayıb. Çünki biz bir kollektivik, yüksək amallarımız var. Amma bizdən kənarda insanların belə bir ortamı yoxdur. Ona görə də ağır məşəqqət altında qalıb, tənhalaşan və intiharı seçən, işsizləri də, Qarabağ qazisini də biz tapmağa borcluyuq. Onları axtarmalıyıq. Onlara izah etməliyik ki, özünü yandırmaq çıxış yolu deyil və nəhayət, özümüz üçün də bilməliyik: hər gün azı bir nəfər özünü hökumət binası önüdə yadırırsa, ölkə sosial partlayış həddindədir. Bunu bütün dünyanın əzilən xalqlarının təcrübəsinə baxsanız görə bilərsiniz. Çox təəssüf ki, bizim bütün istəklərimizə baxmayaraq, Azərbaycan o sosial partlayışlı yolla gedir, Avropa ölkələrinin yolları ilə getmir. Azərbaycanı itələyirlər, sürükləyirlər şərq modelinə, amma anlamırlar ki, itirəcək özləri olacaq. Anlamırlar ki, günün birində var olan şeylərinin hamısı yox olar. Hakimiyyət başa düşməlidir ki, odla oynayır. Amma bu bizə də təsəlli olmamalıdır. Çünki bu variant ölkədə kataklizmdir, qandır, bunlar bizə xoşbəxtlik gətirməz. Ona görə biz məsuliyyətimizi hiss etməliyik”.
AXCP sədrinin məruzəsindən sonra müzakirələr başladı
Çıxış edən ali məclis üzvləri – AXCP sədrinin müavinləri Əbülfəz Qurbanlı, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı “fəaliyyət plan”ının konkret müddəalarından irəli gələn vəzifələrdən danışdılar. Çıxışlarda göstərildi ki, bütün ölkə boyunca təbliğat-təşkilati işlər intensivləşməli və aylıq hesabatlılıq təmin edilməlidir. Eyni zamanda o da vurğulandı ki, hər bir rayon təşkilatında təmsil olunan rəhbərlər zonasının rəy liderinə çevirilməsi üçün öz üzərində müntəzəm çalışmalıdır.
AXCP Rəyasət Heyətinin üzvləri Məşədi Vaqif, Seymur Həzi məclisin işinə qatılan Rövşən Alışlı, Xalid Qarayev, Ağahüseyin Seyidov, Sultan Murad, Əli Abdullayev və Aydın Əliyev partiyadaxili intizam barədə söz açdılar. Ümumi rəy bundan ibarət oldu ki, partiyanın müxalifətdə avanqard olması müsbət hal yaratmaqla yanaşı, əlavə və daha çox məsuliyyət doğurur, müxalifətdə birinci olmaq heç zaman AXCP üçün məqsəd sayılmamalıdır, buna görə də bir günü də boş buraxmadan dəyişiklik üçün fəaliyyət planında göstərilənlərin həyata keçirilməsinə çalışılmalıdır.
Birinci məsələnin yekunundan sonra Ali Məclis təşkilati məsələlərə baxdı. Ali Məclis rəhbərliyi məlumat verdi ki, qurumun üzvlüyü üçün beş yer boşdur. Məclis üzvləri bu yerlərə yeddi nəfər namizəd irəli sürdülər. Bülletenlər hazırlanıb və gizli səsvermə keçirildi.
Səsvermənin nəticələrinə görə, Ilham Hüseyn, Tural Ağayev, Çingiz Eminbəyli, Vasif Alışlı, Bəxtiyar Imanov Ali Məclis üzvü seçildilər.
Ali Məclis özünün Rəyasət Heyətinə boş qalan iki yerə də seçim etdi. Bu yerlərə Ali Məclis üzvləri Ilham Hüseyn və Alı Rzanın namizədliyi irəli sürüldü. Iki yerə iki namizəd olduğu üçün açıq səsvermə keçirildi və hər iki şəxs Rəyasət Heyətinin üzvü seçildi.
Cari məsələlərin müzakirəsində Bakının “Sovetski” adlanan hissəsində söküntülərdən söz açıldı. Əhalinin mülkiyyət hüquqlarına kobud müdaxilə ciddi narahatlıq kimi vurğulandı. Partiyanın bu söküntü ilə bağlı bəyanat verməsi qərara alındı.
Natiq Güləhmədoğlu