Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Bakı meri H.Abutalıbov Publika.Az-a açıqlamasında deyib: “Yazırlar ki, guya məni işdən çıxarıblar. Doğrudan da çıxarıblar. Əgər siz bu məlumatlara inanırsınzsa, o zaman doğrudan da çıxarıblar. İnanmırsınızsa, o zaman nə üçün bu iftiraları oxuyursuz? Mən bunu başa düşə bilmirəm. Belə bir söz var, yalançının evi yandı, heç kəs inanmadı. Vallah sizin eviniz yanacaq, heç kəs inanmayacaq”. Xatırladaq ki, bir sıra mətbu orqanlarda Bakı meri Hacıbala Abutalıbovun işdən çıxarılacağı barədə xəbərlər yayılıb. Hətta, onun yerinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun gətiriləcəyi deyilir.