Barrozu və yanukoviş arasında telefon danışığı olub
Avropa Birliyinin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton gələn həftə Kiyevə gələcək. Bu barədə Avropa Komissiyasının saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, dekabrın 8-də Avropa Komissiyasının prezidenti Barrozu ilə Ukrayna prezidenti Yanukoviç arasında telefon danışığı olub. Danışıq zamanı Ketrin Eştonun Kiyevə səfəri razılaşdırılıb.
Eştonun səfərində məqsəd Ukraynada yaranmış siyasi böhrandan çıxış yollarının axtarılmasıdır.