Müəllimlər və həkimlərə deyilib ki, kimə səs verdiklərini fotoçəkilişlə təsdiq etməlidilər
Ölkə boyu seçki saxtakarlığına start verilməsi haqda xəbər vermişdik. Demək olar ki, bütün bölgələrdə seçkiləri saxtalaşdırmaq üçün müxtəlif üsullardan istifadə edilir. Bu gün redaksiyamıza daxil olan xəbərdə deyilir ki, paytaxtın müxtəlif ərazilərində İlham Əliyevin qələbəsin təmin etmək üçün müəllimlərə, həkimlərə və büdcə təşkilatlarında çalışan digər insanlara xüsusi tapşırıq verilib. Belə ki, səsvermə günü qeyd etdiyimiz kateqoriyadan olan insanlar kimə səs verdiklərini telefona çəkib, faktla sübut etməlidir. Və bu adamlara bildirilib ki, onların işdə qalması həmin fotolarla müəyyənləşəcək. Yəni, hakimiyyət insanların İlham Əliyevə səs verəcəyinə inanmadığı üçün, bu üsulla seçiciləri sınağa çəkir.
Xatırladaq ki, ölkənin bəzi rayonlarında “seçici”lərə tapşırılıb ki, seçki günü özləriylə əlavə paltar, parik götürsünlər. Məqsəd isə bir nəfərin bir neçə dəfə səs verməsini təmin etməkdir.