Belə zəiflik sizə bağışlanandır…
«AzərRos» Federal Şurasının sədri Mehriban Sadıqova təmsil olunduğu qurumun son toplantısında baş verənlərlə bağlı yayılan məlumatlara cavab verib. «Azadlıq»a göndərilən müraciətdə deyilir:
Bütün məsuliyyətimlə bəyan edirəm ki, http://www.musavat.com saytında ««AzərRos»un qalmaqallı toplantısından sensasion təfərrüatlar» məqaləsində iyunun 28-də «AzərRos»un Moskvada keçirilən toplantısının nəticələri ilə bağlı aşkar yalan yer alıb.
Yalan «nömrə bir» – Söyün Sadıqovun keçmiş katibəsi Mehriban Sadıqova «AzərRos»un Federal Şurasına rəhbərlik etdi.
Mən həqiqət bu vəzifəyə seçilmişəm, yalan ondan ibarətdir ki, həmən heç vaxt Söyün Sadıqovun «katibəsi» olmamışam, son illərdə «AzərRos»un rəhbər orqanlarına daxil olmuşam və həmkarlarımın, Rusiyadakı Azərbaycan diasporasınını hörmətini qazanmışam.
Yalan «nömrə iki» – «Mehriban Sadıqova rəsmi Bakıya qarşı alyansa rəhbərlik edib». Məsələ burasındadır ki, «AzərRos»un rəsmi Bakıya qarşı alyansı reallıqda deyil, bu quruma qarşı çirkin kampaniya aparanların bulanıq şüurundadır. «AzərRos» Ağsaqqallar Şurasının sədri Abbas Abbasov hər zaman deyib: «Bizim içtimai təşkilat siyasətdən uzaqdır, İlham Əliyevlə şəxsi dostluq münasibətlərimizi nəzərə alaraq ölkənin suverenliyinə və onun rəhbərinə qarşı heç bir siyasi oyunlarda iştirak etmirəm və etməyəcəm də». «AzərRos» Azərbaycan rəhbərliyi ilə əməkdaşlığa hazırdır və ölkənin nüfuzuna zərbə vuran yalançı vətənpərvərlərin siyasi oyunlarını pisləyir.
Yalan «nömrə üç» – «Federal Şuranın iclasında parçalanma olub, buna səbəb Tahir Hacıyevin «AzərRos»un Federal Şurasının sədri vəzifəsini tutmaqdan imtina etməsi və bu vəzifəyə Mehriban Sadıqovanın seçilməsi olub». Bizim təşkilatda heç bir parçalanma olmayıb, parçalanma yalnız bunu quraşdıranların xəstə şüurlarındadır.
Ümumiyyətlə məqalə əvvəldən axıra qədər uydurmadır, onların əsas məqsədi isə «AzərRos» və onun rəhbərlərinin etdiklərini qaralamaqdır. Nə iki saatlıq fasilə, nə də iclas iştirakçıları tərəfindən heç bir boykot olmayıb. Normal işgüzar mühit olub, konkret məsələlər sakit və konstruktiv formada həll edilirdi, iclas iştirakçıları yekdilliklə «AzərRos» Federal Şurasının sədrinə səs verib.
Müxtəlif informasiya saytlarında öz «şah əsəri» olan şərhlərini yazan A.Fomenkovun çirkin hücumlarına gəldikdə, yazdıqlarının üslubu cılız dələduzun yaxud gücsüzlükdən vəngildəyən böhtançının cızma-qarasına bənzəyir. Bu yaramaz «AzərRos»un Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunan tədbirlərinin birində iştirak edib, orada Azərbaycan prezidenti İlham Əliyevi qaralamağa çalışıb, ancaq Abbas Abbasov onun layiqli cavabını verib, bu da təbii ki, təxribatçının xoşuna gəlmədi.
Bütün bunlar sizin vicdanınızda qalacaq. Ancaq bütün bu iftira və çirkin ittihamlarınızı kənara qoyub qadın kimi demək istəyirəm ki, sizin kimi zərif cinsin nümayəndəsini ləkələməyə çalışan «kişilərə» görə analarınız, həyat yoldaşlarınız, bacılarınız, qızlarınız utanmalıdır. Əgər özünüzü kişi sayırsınızsa, səhv edirsiniz. Sizə qadın aksessuarlarından istifadə etməyi məsləhət görərdim, onlar sizə yaraşar. Bəlkə onda kimlərinsə arxasınca belə murdarlıqlar danışmağınız kimi zəifliyiniz sizə bağışlanar. Axı siz zəif cinssiniz!!! Sizə nə deyəsən!!!!
Mehriban Sadıqova, «AzərRos» Federal Şurasının sədri