Hündür daban ayaqqabı pəncənin deformasiyasına gətirib çıxarır
Hündür daban ayaqqabılara olan dəb qadınların sağlamlığına mənfi təsir edir. Belə ayaqqabı geyinən xanımlar daimi diskomfort və ağrıya dözməli olur. Araşdırmalar göstərir ki, dabanlı ayaqqabını geynəndən bir saat altı dəqiqə sonra ağrı hiss olunmağa başlayır. Hər beş qadından biri isə ağrını artıq 10 dəqiqədən sonra hiss edir. Hündür daban ayaqqabı geyinən hər on qadından doqquzu isə problemlə üzləşir. Pəncə Xəstəlikləri Kollecinin apardığı araşdırma ortaya məhz belə nəticə çıxarıb. Üstəlik hər üç qadından biri ölçüsü uyğun gəlməsə də, hündür daban ayaqqabı geyinib. Bu səbəbdən də həkimlər xəbərdarlıq edir: uzun müddət ölçüsü kiçik olan ayaqqabı geyinən şəxslərdə yumşaq toxumaların qırılması səbəbindən artrit və digər xəstəliklər, o cümlədən onurğa əyriliyi yarana bilər.
azadlıq.info