İyunun 4-də “Nida” Vətəndaş Hərəkatının üzvü Mehman Zaməddinov tutulub və 10 sutka həbs cəzası alıb.
“Media forum” saytına danışan “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər Mehman Zaməddinovun nəyə görə tutulduğunu bilmədiyini deyib: “Mehmanı dünən də Xətai polisinin 37-ci bölməsində sorğu-sual edib buraxıblar. Söhbət etdik, hər şey yaxşı idi. Fikirləşirdik ki, gənc fəal olduğu üçün profilaktik söhbət ediblər. Bu gün isə yenidən bölməyə çağırılıb, oradan isə Xətai Rayon Məhkəməsinə aparılaraq 10 sutka həbs cəzası alıb. Çalışacağıq ki, vəkillə müqavilə bağlansın və həbsin səbəblərini öyrənək”.
Qeyd edək ki, M. Zaməddinov İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisin qanuni göstərişinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib.