Litvanın 15min.lt saytı “Eurovision-2013″də səslərin pull satın alınması ilə bağlı şok video yayıb. Videoda rus dilində danışan iki nəfər kafedə bir masaya yaxınlaşır və orada əyləşənlərlə danışığa başlayır. Danışıqların mahiyyəti bir nəfərin bir neçə nömrə ilə “Eurovision”un finalında Azərbaycan təmsilçisi Fərid Məmmədova səs verməsidir. Bunun müqabilində adamlara pul mükafatı vəd edilir. Danışıq aparanlar deyirlər ki, Avropanın 15 ölkəsində eyni əməliyyat həyata keçirilir.