Serj Sarkisyan və onun xarici işlər naziri diplomatik arenada uğursuz işlər zəncirini davam etdirirlər. Bu barədə populyar İrəvan qəzeti “Joxovurd” yazır. İndi Xocalı qətliamı haqqında qətnaməni Çexiya parlamentinin xarici münasibətlər komissiyası da qəbul edib.
Mətbu orqanda yer alan məlumata görə, Ermənistan XİN bu barədə məlumatlandırılmayıb və təbii olaraq da qərara qarşı heç nə edə bilməyib. Bəyanat haqqında Ermənistan ictimaiyyəti yalnız o qəbul ediləndən sonra xəbər tutub.
Ermənistanın Xocalı əhalisini soyqırıma məruz qoymasını qəbul edən dünyanın bir çox ölkələrinin dövlət xadimlərinin, parlamentlərin, senatların, ictimai təşkilatlarının sayı artır.
anspress.com