2008-ci il seçkisindən sonra vəzifəsini itirən ilk iri məmur iqtisadi inkişaf naziri Heydər Babayev oldu. Bundan sonra “ABU-Holdinq”ə məxsus klinikaların bağlanması, bir neçə yanacaqdoldurma məntəqəsinin sökülməsi, Babayevə bağlı banklara xüsusi nəzarət edilməsi, bəzi məlumatlara görə, bu bankların onun əlindən alınması barədə dəfələrlə deyilib.
Eyni zamanda belə informasiyalar da əldə yayılmışdı ki, Babayev biznesini xarici ölkələrə köçürür. Onun MDB ölkələrindən birində tikinti biznesinə başladığı bildirilirdi. Həmçinin o da qeyd edilirdi ki, keçmiş iqtisadi inkişaf naziri yaxınlarına pullarını xaricə çıxarmağı tapşırıb. Təbii ki, bütün bu proseslərlə bağlı informasiyalar təsadüfi yayılmayıb.
Görünür, H.Babayev ən çoxu seçkidən sonra vəzifədən gedəcəyini bilirmiş və öncədən hazırlıqlarını görüb.
Amma dünən bu konuda maraqlı bir xəbər almışıq. Babayevin son iqamətgahlarından biri də onun əlindən alınıb. Daha doğrusu, alınmayıb; ona məxsus ABU Arena indi şadlıq evinə çevrilib. Məhərrəmlik ayı tam bitməsə də, indi bir sıra telekanallarda ABU Arena şadlıq evinin təmtəraqlı reklamları gedir.
Mürsəl