Azərbaycanlı iş adamı Telman İsmayılov Türkiyənin Antalya şəhərinin Kundu qəsəbəsində inşa etdirdiyi “Mardan” otelində atası üçün xatirə guşəsi yaradıb. Lent.az-ın məlumatına görə, məşhur milyarder guşədə sarı rəngli metal lövhənin üzərində Mardan İsmayılov yazdırıb.
Lövhənin qarşısında isə o, vazaya 97 gül qoydurub. Bu gülləri otel əməkdaşları hər gün dəyişdirir. Mardan İsmayılov 97 yaşında ölüb. Vazaya bu qədər tər gül qoydurmaqla Telman İsmayılov atasının xatirəsini hər gün yad edir.
Qeyd edək ki, Mardan İsmayılov toxuculuq fəaliyyəti ilə məşğul olub. O, 2001-ci ildə vəfat edib. Telman İsmayılov 12 övladdan 10-cusu olub. “Mardan” otelinin inşası 1,2 milyard dollara başa gəlib. Oteldə bir sıra millətlərin nümayəndələri, o cümlədən azərbaycanlılar da çalışır.