İraqda Türkiyə səfirliyinə raket zərbəsi endirilib. Səfirliyin mühafizə divarı raketlə vurulub. Türkiyənin İraqa notasından cəmi iki gün sonraya təsadüf edən hücuma görə hakim Ədalət və İnkişaf Partiyası İraq hökumətini suçlayıb.
Səfir Yunus Dəmirər bildirib ki, binaya üç raket atılıb, raketlərdən biri binanın mühafizə divarını zədələyib. Hücum nəticəsində ölən və yaralananın olmadığı deyilir.