Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy partiya başqanlığına namizədliyini irəli sürmək qərarına gəlib.
Bu barədə APA-ya açıqlamasında S.Əlisoy özü məlumat verib. O, Müsavatın demokratik partiya olduğunu, qurumun martın 3-4-də keçiriləcək VIII qurultayında başqanlığa namizəd kimi iştirak edəcəyini söyləyib: “Bu qərarı verməzdən əvvəl çox ciddi fikirləşdim və bu qənaətə gəldim ki, başqan seçkilərinlə iştirak etmək lazımdır. Hesab edirəm ki, digər müsavatçılar – Adil Qeybulla, Vurğun Əyyub, Qubad İbadoğlu, xüsusilə qanunsuz olaraq həbsdə saxlanılan Arif Hacılı və digərləri də öz namizədliklərini irəli sürməklə partiyanın qurultayına bir rəng qatacaq, Müsavat Partiyasında oturuşmuş demokratiyanın olduğunu bir daha sübut edəcəklər”.
Qeyd edək ki, Səxavət Əlisoy həm də “Azadlıq” qəzetinin köşə yazarıdır.