Işsizlik, iri şirkətlərdə ixtisarlar baş alıb gedir
2015-ci ilin fevralında baş verən devalvasiya ölkənin iqtisadi həyatını tamamilə alt-üst edib. Beləliklə də, ilin əvvəli manatın dollar qarşısında dəyərdən düşməsiylə başladı. Bundan dərhal sonra bahalaşma dalğası start götürdü. Hiss olunmayan həddə aparılan qiymət artımı artıq aydın şəkildə görünür. Bununla paralel, iflasa uğrayan tikinti sektorunda iş demək olar ki, 30 faiz dayanıb.
Iflas edən şirkətlər kütləvi ixtisarlarla vəziyyətdən çıxmağa çalışaraq hətta fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Şəki Ipək Kombinatı, Bakı Yeni Dəniz Limanı, “Avesta” şirkətinin 4900 işçisinin ixtisarı hələ yada saldıqlarımızdır. Ümumilikdə sənayedə 9-10 milyardlıq azalma müşahidə edilir. Azalmalar özündə əlbəttə ki, işçi qüvvəsinin azlığını ehtiya edir. Lakin bu qədər mənfi tendensiyanın fonunda hökumət ölkədə işsizliyin cəmisi 5 faiz olduğunu diqtə etməkdədir. Maraqlıdır, ciddi hesablama aparılmadan da baş verənləri adi gözlə görmək çətin deyil. O zaman rəsmi açıqlamalar nədən işsizlik faizinin bu qədər az olduğunu bəyan edir?
Iqtisadçı-ekspert Qadir Ibrahimli söyləyir ki, həmin 5 faiz qeydiyyatdan keçən işsizlərin sayıyla ölçülür. Bu faiz bütövlükdə işsizlərin sayını əks etdirmir. Ekspert məşğulluq idarələrinə müraciət edərək işsiz statusu və işsizlik müavinəti alanları yada salır. Statistik məlumatlar da həmin kateqoriyanı əhatə edir:
“Təbii ki, rəsmi şəkildə bəyan edilən statistika işsizliyin real sayına adekvat deyil. Azərbaycanda işsizliyin sayı son illərdə getdikcə artır. Iri şirkətlərdə baş verən proseslər, onların fəaliyyətini dayandırması və ixtisarlar bu prosesə rəvac verib”.
Nigar