Jurnalist Rasim Əliyevin öldürülməsinə görə bu cinayətdə iştirakçı olmuş 6 nəfərin, o cümlədən futbolçu Cavid Hüseynovun həbs edilməsi sosial şəbəkələrin hakimiyyət üzərindəki basqısının nəticəsidir. Özləri tədbir görən olsaydılar, vaxtında bu qətlə imkan verməzdilər. RATİ-nin dünən yaydığı açıqlamadan məlum olur ki, Rasim Əliyev həyatına qəsdlə bağlı son üç həftə ərzində internet və telefonla hədələr alırmış. Buna görə o, təhlükəsizliyinin təmin edilməsi üçün rəsmi qaydada polisə müraciət etsə də, polis onun müraciətini rədd edibmiş. Amma gərək hakimiyyət xalqın sosial şəbəkələr vasitəsilə ifadə etdiyi tələbi yerinə yetirdiyinə görə kompleks yaşamasın. Nəhayət, anlamaq lazımdır ki, hakimiyyətlərin cəmiyyəti eşitməsi yox, eşitməməsi ayıbdır.