FIFA-nın korrupsiya ittihamı ilə həbs edilən 9 nəfər yüksək rütbəli məmurunun, həmçinin korrupsiya ittihamı irəli sürülən daha 5 nəfərin adı açıqlanıb. Bu barədə “The New York Times” qəzeti xəbər verir.
Daha əvvəl FIFA İcra Komitəsinin vitse-prezidentləri Ceffri Uebb və Euxenio Fiqeredo, həmçinin Şimali və Mərkəzi Amerika və Karib hövzəsi ölkələri futbolunun Konfederasiyasının sabiq prezidenti, bu yaxınlara kimi FIFA-nın vitse-prezidenti Cek Uornerin həbs olunması barədə məlumat verilib. Həbs edilənlər arasında Eduardo Li, Xulio Roça, Kostas Takkas, Rafael Eskuivel, Xose Mariya və Nikolya Leos da var.
Məlumatda deyilir ki, idman marketinqi ilə əlaqəsi olan Alexandro Burzako, Aaron Devidson, Uqo Cinkis və Mariano Cinkis, habelə qeyri-qanuni ödəmələrdə vasitəçi kimi çıxış edən Xose Marqulis də həbs edilib.
Ayrıca olaraq, isveçrəli ittihamçılar 2018-ci və 2022-ci illərdə müvafiq olaraq Qətərdə və Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatları ilə bağlı cinayət işi açıb.
ABŞ-ın Baş Prokuroru Loretta Linç deyib ki, beş yüksək rütbəli icraçı rəsmi Cənubi Afrikada 2010-cu il Dünya Çempionatının keçirilməsi üçün rüşvət alıblar.
***
ABŞ Federal Təhqiqat Bürosu (FTB) əməkdaşları 10 yaxın FİFA-nın məmurunu İsveçrənin Sürix şəhərində həbs edib. Həbs olunanların ABŞ-a ekstradisiya ediləcəyi gözlənilir. FTB əməkdaşları FİFA rəsmilərini uzun müddətdir davam edən korrupsiya araşdırmalarının nəticəsi olaraq həbs ediblər.
Həbs olunanlar arasında FİFA İcraiyyə Komitəsinin vitse-prezidentləri Cefri Uebb və Euhinio Fiqeredo, həmçinin Trinidad və Tabaqonun nümayəndəi Cek Uorner də var.
FİFA bildirib ki, təşkilat cümə günü keçirilməsi planlaşdırılan yeni prezident seçkilərini həyata keçirəcək.