Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Azərtac xəbər verir ki, Donald Tusk Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.
Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ilə bağlı məsələlər müzakirə edilib.
İlham Əliyev və Donald Tusk Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının gələcək perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar. Dövlət başçısı Donald Tusku ölkəmizə rəsmi səfərə dəvət edib və dəvət məmnunluqla qəbul edilib.