Milli Şuranın Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı Bakı Şəhər İcra Hakimiyyətinin 3 may mitinqinə "yox" deməsinə facebook-da münasibət bildirib:
"Hakimiyyət qorxdu. Milli Şuranın 3 may mitinqinə razılıq verilməməsi, o deməkdir ki, ölkədə iqtisadi böhran davam edəcək və insanların həyat şərtləri daha da ağırlaşacaq. Məhz buna görə də iqtidar xalqın Milli Şuranın mitinqlərinə getdikcə daha çox qoşulacağından narahat olur.
Əslində, bu günə qədər mitinqlərə ona görə razılıq verilirdi ki, iqtidar xalqımızın narazılıq potensialını və Milli Şuranın çağrışlarına cəmiyyətin necə bir reaksiya verəcəyini bilmirid. Görəndə ki, cəmiyyətimiz getdikcə mitinqlərdə daha kütləvi şəkildə iştirak etməklə iqtidarın siyasətinə etiraz edir və Milli Şura xalqın əsas təmsilçisi və inandığı güc mərkəzi kimi sosial narazılıqları öz ətrafında təşkilatlandırır, o zaman iqtidar da qorxuya düşdü.
Əslində 3 may mitinqinə "yox " cavabı Milli Şuranın gücünün etirafı və xalqın etirazlarından qorxunun nəticəsidir.
Ancaq bu hakimiyyət üçün çıxış yolu deyil, çünki demokratik mübarizə üsullarının qarşsının kəsilməsi ilk növbədə hakimiyyətin özü üçün ciddi risqlər yaradır. İnsanların narazılıqları ketdikcə artır və bu narzılqılar həll olunmadıqca, onların qarşsının qeyri qanuni üsullarla kəsilməsi sonda xoş olmayan nəticələrə gətrib çıxara bilər. Hakimiyyət bunu anlamalıdır".