Ukrayna əsgərlərinə hərbi təlim keçəcək ABŞ desant briqadasının hərbçilərinin Ukraynaya göndərilməsinə başlanıb. “Censor.net” saytının verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet öz “Twitter” səhifəsində yazıb. C. Payet ABŞ Silahlı Qüvvələrinin 173-cü hava-desant briqadasının hərbçilərini gətirən təyyarənin bu gün Lvov hava limanına endiyini bildirib. O, müvafiq fotolar da yerləşdirib. Qeyd edək ki, daha öncə Ukraynanın daxili işlər naziri Arsen Avakov ümumilikdə 290 amerikalı hərbçinin Lvovun Yavoriv poliqonunda Ukrayna Milli Qvardiyasının 900 əməkdaşına təlim keçəcəyini söyləmişdi.