Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası, işğal altında olan Fələstin ərazisində insan hüquqları pozuntularına dair dörd qətnamə layihəsi qəbul edib və İsraildən bu ərazilərdə məskunlaşmanı genişləndirməyə son qoymağı tələb edib.
Şuranın 28-ci iclasında, Fələstinin öz müqəddəratını təyin etmə haqqı, işğal altındakı Fələstin torpaqlarında və Şərqi Qüdsdəki insan haqları pozuntuları, İsrailin qeyri-qanuni məskunlaşma siyasəti və Colan təpələrində insan hüquqları pozuntularına dair dörd qətnamə layihəsi səs çoxluğu ilə qəbul edilib. Qərarda Fələstin xalqının mstəqil dövlət qurmaq və öz müqəddəratını təyinetmə hüququna sahib olduğu bildirilir.
azadliq.info