Partiya fəalı adından saxta istefa bəyanatı yaydılar
AXCP-yə qarşı növbəti təxribat baş verib. Partiyanın Saatlı rayon şöbəsinin fəalı Fərzalı İmanlının facebook profili oğurlanıb və orada onun adından partiyadan istefa verdiyi haqda açıqlama yerləşdirilib.
Profilinin oğurlandığını və adından saxta istefa bəyanatı yayıldığını əməkdaşımıza Fərzalı İmanlının özü deyib. Əməkdaşımız adından facebook-da yazılanları dəqiqləşdirmək üçün onunla əlaqə saxlayıb və bu cavabı alıb:
“AXCP-dən istefa verdiyim haqda xəbər yalandır. Facebook profilimi oğurlayıblar, idarə etmək üçün özüm daxil ola bilmirəm. Profildən mənim adımdan guya istefa verdiyimi yazıblar. Bunu mən yazmamışam. Mən AXCP üzvü olaraq qalıram. Profilimi qaytarmağa çalışacam. Əgər qaytara bilməsəm də, yenisini yaradıb, mənim adımdan istifadə edənlərin cavabını verəcəm”.
azadliq.info