Türkiyə-Ermənistan sərhədində "İnsanlıq abidəsi"nin sökülməsinə görə keçirilən məhkəmədə o dövrün baş naziri, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın cərimələnməsi haqda qərar çıxarılıb. Qərara əsasən Ərdoğan abidənin müəllifi Mehmet Aksoya 10 min lira (4160 manat) təzminat ödəməlidir.
"İnsanlıq abidəsi" adlanan və türk-erməni dostluğunu ehtiva edən abidənin tikintisinə 2006-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmamışdı. Bir neçə il öncə baş nazir olan Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə abidənin tarixi-memarlıq üslubuna zidd olduğunu deyərək, sökülməsini tapışırmışdı. Bundan sonra abidə dağıdılmışdı.