Yaxın həftələrdə Brent və WTI markalı neft 30 dollara qədərucuzlaşacaq. Buna səbəb neft anbarlarının dolmasıdır. Belə bir proqnozla Bank of America-nın ekspertləri çıxış edib. Bankın rəhbər şəxslərindən olan Fransisko Blanş qeyd edib ki, gündəlik tələbat təxminən 1,4 mln bareldir. Onun sözlərinə görə, anbarlarda yer dolsa, bu dərhal qiymətə təsir edəcək.
Amerikanın Neft İnstitutunun məlumatına görə, ABŞ-ın neft ehtiyatları son bir həftədə 8,9 mln barel artaraq 437 mln barelə çatıb.
azadlıq.info