Moody`s” beynəlxalq reytinq agentliyi Rusiyanın 14 şirkətinin reytinqini Ba1 səviyyəsinə endirib. Bunlar “Qazprom”, “Qazprom-neft”, “Novatek”, MTC, “Meqafon”, “Uralkaliya” və azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbəri olduğu “Lukoyl” şirkətləridir. Agentlik fevralın 21-də Rusiyanın kredit reytinqini Baa3-dən Ba1-ə endirmişdi. Bundan bir neçə gün sonra Rusiyanın ən böyük bankları olan “Sberbank”, VTB və “Qazprombank”ın reytinqini aşağı salmışındı.